Reklam verin!

Tovhid

İyun 19, 2008 23:20

  Cihad marslari

Aprel 10, 2008 23:17

  TÖVHİDƏ DƏLİLLƏR BARƏDƏ FAYDALİ SÖZ

“Hər kəs (dünyada) izzətqüdrət, şərəfşan istəsə, (bilsin ki, dünyada da, axirətdə də) bütün izzətqüdrət, şərəfşan ancaq Allaha məxsusdur. (Buna yalnız Allaha itaət və ibadət etməklə nail olmaq mümkündür). Pak söz (tövhid kəlməsi, zikr, həmdsəna) Ona tərəf yüksələr və pak sözü də (Allah dərgahında) yaxşı əməl qaldırar. Pis əməllər edənləri şiddətli bir əzab gözləyir. Onların qurduqları hiylələr boşa çıxar” (Fatir: 10). Davamı...
Aprel 9, 2008 22:45

  Dəstəmaz almağın qaydası

"Peyğəmbərin (s.ə.s) necə dəstəmaz aldığı haqqında müxtəsər məlumat"abdest

Peyğəmbər (s.ə.s) necə dəstəmaz alardı

      Dəstəmazın tərifi: Dəstəmaz insan bədəninin Allahın şəriətə daxil etdiyi və Onun elçisinin (s.s) bizə bildiyi xüsusi üzvlərini pak su istifadə etməklə təmizləmək deməkdir.
      Dəstəmazın şəriətə uyğunluğudur
      Uca Allah demişdir: "Ey iman gətirənlər! Namaz qılmağa duranda üzünüzü və əllərinizi dirsəklərəcən yuyun, başınıza və topuqlaracan ayaqlarınıza məsh çəkin". (Əl-maidə, 6).
      Əbu Hüreyrənin isə belə dediyi rəvayət olunur: Allahın elçisi (s.s) dedi: "Kim bir murdar şeyə toxunsa, dəstəmaz almayınca namazı qəbul olunmaz". (Əl-Buxarinin və Müslimin haqqında həmfikir olduqları hədisdir).
Davamı...
Aprel 9, 2008 22:40

  Hedisler

 hedis

Hədis:       Bu kəlmə [حَدِيثٌ] lüğətdə hekayə, rəvayət, söhbət, danışıq, yeni və.s mənaları ifadə edir. İstilahi mənada isə - Peyğəmbərə (s.ə.s) istinad edilən kəlmə, ya hərəkət, ya təsdiq etmə ya da sifət hədis adlanır

Davamı...
Aprel 9, 2008 22:35

  Müsəlman əqidəsi

1. Allah bizi nə üçün yaradıb?
Allah bizi yaradıb ki, yalnız Ona ibadət edək və heç bir şeyi Ona şərik qoşmayaq.
"Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!" (əz-Zariyat, 56)
"Allahın bəndələri üzərində olan haqqı Ona ibadət edib heç bir şeyi Ona şərik qoşmamaqdır".(əl-Buxari və Muslim)
Davamı...
Aprel 9, 2008 22:31

  Namazı necə qılmalı ?

namaz
بسم الله الرحمن الرحيم
Namazı necə qılmalı

     Əziz müsəlman! Namaz qılmaq hər bir müsəlmana vacibdir. Gündəlik 5 vaxt namaz 24 saatdan cəmi 24 dəqiqə vaxt aparır.
     Allah Qur'anda insanlara əmr edir:
      "Namaz qılın..." (Qur'ani-kərim, əl-Bəqərə/110)
      "... Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar, cəhənnəmə zəlil olaraq girəcəklər!" (əl-Mu`minun /60)
      Namaz insanı pis əməllərdən çəkindirir
      "Həqiqətən namaz çirkin və pis əməllərdən çəkindirir." (əl-Ənkəbut/45)
      Hər müsəlman gündə beş vaxt namaz qılmalıdır
      Sübh (2 rükət) - "...sübh namazını da qıl!". (əl-İsra surəsi, 78)
      Zöhr (4 rükət) - "Günortadan [gün batmağa meyl edəndən] ... namaz qıl!". (əl-İsra/78)
      Əsr (4 rükət) - "...xüsusi iıə orta namaza riayət edin!". (əl-Bəqərə/238)
      Məğrib (3 rükət) - "Günortadan [gün batmaga meyl edəndən] gecənin qaranlığınadək [lazımınca] namaz [zöhr, asr, məğrib və işa] qıl!". (əl-İsra/78)
      İ'şa (4 rükət) - "Gecənin qaranlğınadək [lazımınca] namaz [zöhr, asr, məğrib və isa namazları] qıl!". (əl-İsra/78)
      Yuxarıdakılara əlavə dəlil: "[Ya Məhəmməd!] Namazı gündüzün iki başında [günortadan əvvəl və sonra: yə'ni səhər, günorta və günbatan çağı və ya günün iki başında: yəni səhər-axşam] və gecənin [gündüzə yaxın] bə'zi saatlarında [axşam və gecə vaxtı] qıl!". (Hud/114)
      Qeyd edək ki, beş vaxt namazın adlarının tərcüməsi günün ayrı-ayrı vaxtlarının mənasını verir ki, bu da namazların 5 müxtəlif vaxtda təyin olunmasına dəlalət edir.
      Unutmaq olmaz ki, hər namaz vaxtinda qılınmalıdır.
      Allah Təalə Qur'ani-kərimdə buyurur:
      "Həqiqətən namaz nöminlərə müəyyən vaxtlarda fərz (vacib) edilmişdir". (ən-Nisa/103)
      "Allah sizin bunu [gecə vaxtlarını və saatlarını] ölçüb saya bilməyəcəyinizi [yaxud, bütün gecəni oyaq qalıb, ibadət edə bilməyəcəyinizi] bildiyi üçün, bu barəda sizə rüsxət verdi [gecə durub namaz qılmağı siz möminlərə vacib etmədi, onun yerinə gundə 5 vaxt namaz qılmağı buyurdu]". (əl-Müzəmmil/20)
      Hər bir müsəlmana Cümə namazına getmək vacibdir
      (qadınlar və uşaqlar müstəsnadır)
      "Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman, Allahı zikr etməyə tələsin və alış-verişinizi buraxın. Bilsəniz bu sizin üçün nə qədər xeyrlidir!". (əl-Çümüə/9)

Davamı...
Aprel 9, 2008 22:28

  Səcdə ayələri

 

secde

 

1. Rəbbinin yanında olanlar (Allaha yaxın olan mələklər) Ona ibadət etməyi özlərinə ar bilməzlər. Onu pak, müqəddəs tutub şə'ninə tə'riflər deyər və ancaq Ona səcdəyə qapanarlar! (əl-Ə'raf, 206)

Davamı...
Aprel 9, 2008 22:22

  Zikrlər

بسم الله الرحمن الرحيم

Zikrlər
zikr

1. Yuxudan oyanarkən deyilən zikrlər
«Əlhəmdu lilləhi-l-ləzi əh­yənə bə'də mə əmətənə və iley­hi-n-nuşur»
(Həmd-bizi öldürdükdən sonra dirildən Allaha məxsusdur, və biz ona qayıdacağıq»
(Buxari. Bax «Fəthul Bəri» (11/113); Müslüm (4/2083).

Davamı...
Aprel 9, 2008 22:20

  Tövhid

BİRİNCİ FƏSİL
Tövhid
tevhid
    Allah Təala bütün məxluqatı Ona ibadət etmək üçün yaratdı və O, məqxluqların rizqlərini də verdi. Allah-Təala Qurani-Kərimdə buyurur:
    «Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım. Mən onlardan ruzi istəmirəm, Mən onlardan Məni yedirtmələrini də istəmirəm. Şübhəsiz ki, ruzi verən də, yenilməz qüvvət sahibi olan da Allahdır» (əz-Zariyət: 56-58).
Davamı...
Fevral 14, 2008 16:25

  Tovhid

1–Uca Allahın Varlığı
Biz, Allah-Taalanın bütün varlıqları yaratdığına və başqa sözlə desək, Onun varlıq dünyasının yaradanı olduğuna inanırıq. Onun Əzəməti, Elmi və Qüdrətinin əsərləri dünyanın bütün varlıqlarında aşkar olmuşdur.
Davamı...


Yazılar cəmi: 11    Sonrakı səhifə »


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com