Tovhid
Aləmlərə rəhmət olaraq Quranı göndərən Allaha həmd olsun! Risaləti insanlara çatdırmaq üçün seçdiyi son rəsul Muhəmmədə, onun ailəsinə və qiyamətə qədər onun gətirdiyi kitaba tabe olanlara salam olsun!
Qəlblərə şəfa olaraq Quranı endirən Allaha həmd edərək sizlərə saytın məqsədi haqqında məlumat vermək istərdik. Saytın məqsədi insanlara göndərilən rəsulların məqsədinin eynisidir! Allah qəlblərə şəfa olan kitabında buyurur:
Biz hər ümmətə: "Allaha ibadət edin, Tağutdan çəkinin!’’ - deyə rəsul göndərmişdik.” (Ən-Nəhl: 16/36)
Bu sayt sizlərə Rəbbimizin izni və yardımı ilə tağutdan-Allahdan başqa ibadət edilən ilahlardan çəkinməyi və Allaha ibadəti öyrədəcək.
İslam adına danışan digər saytlardan fərqli olaraq saytımız İslam dinini tağutların izni çərçivəsində deyil, Aləmlərin Rəbbinin istədiyi şəkildə çatdıracaq!
Saytımızın digər saytlardan əsas fərqi məhz budur!
Həmdlər yalnız Onadır. Ondan başqa güc və qüvvət sahibi yoxdur!


