Cihad marslari

http://ia360609.us.archive.org/2/ite...na_teazina.mp3
02)- Ey Tağutun Neferi
http://ia360609.us.archive.org/2/ite...tun_neferi.mp3
03)- Müjdeler Olsun
http://ia360609.us.archive.org/2/ite...delerOlsun.mp3
04)- Sir Ya Kasidu
http://ia360609.us.archive.org/2/ite..._ya_kasidu.mp3
05)- Hallil Hitabe
http://ia360609.us.archive.org/2/ite...lil_hitabe.mp3
06)- Selamun
http://ia360609.us.archive.org/2/ite...id/selamun.MP3
07)- Ulâike Cundullahi
http://ia360609.us.archive.org/2/ite...cundullahi.MP3
08)- Uyan be Kardeş
http://ia360609.us.archive.org/2/ite...anBeKardes.mp3
09)- Ummetel İslami Buşra
http://ia360609.us.archive.org/2/ite...lami_busra.mp3
10)- Adağım Var
http://ia360609.us.archive.org/2/ite...adagim_var.mp3
11)- Mahrul Hayat
http://ia360609.us.archive.org/2/ite...hrul_hayat.mp3
TÖVHİDƏ DƏLİLLƏR BARƏDƏ FAYDALİ SÖZ
“Hər kəs (dünyada) izzətqüdrət, şərəfşan istəsə, (bilsin ki, dünyada da, axirətdə də) bütün izzətqüdrət, şərəfşan ancaq Allaha məxsusdur. (Buna yalnız Allaha itaət və ibadət etməklə nail olmaq mümkündür). Pak söz (tövhid kəlməsi, zikr, həmdsəna) Ona tərəf yüksələr və pak sözü də (Allah dərgahında) yaxşı əməl qaldırar. Pis əməllər edənləri şiddətli bir əzab gözləyir. Onların qurduqları hiylələr boşa çıxar” (Fatir: 10).
Dəstəmaz almağın qaydası
Peyğəmbər (s.ə.s) necə dəstəmaz alardı
Dəstəmazın tərifi: Dəstəmaz insan bədəninin Allahın şəriətə daxil etdiyi və Onun elçisinin (s.s) bizə bildiyi xüsusi üzvlərini pak su istifadə etməklə təmizləmək deməkdir.
Dəstəmazın şəriətə uyğunluğudur
Uca Allah demişdir: "Ey iman gətirənlər! Namaz qılmağa duranda üzünüzü və əllərinizi dirsəklərəcən yuyun, başınıza və topuqlaracan ayaqlarınıza məsh çəkin". (Əl-maidə, 6).
Əbu Hüreyrənin isə belə dediyi rəvayət olunur: Allahın elçisi (s.s) dedi: "Kim bir murdar şeyə toxunsa, dəstəmaz almayınca namazı qəbul olunmaz". (Əl-Buxarinin və Müslimin haqqında həmfikir olduqları hədisdir).
Dəstəmazın qaydası
Osmandan (r) rəvayət olunru ki, Allahın elçisi (s.s) demişdir: "Dəstəmazı qaydasında olan adamın günahları bədənindən dırnaqlarının altından kir çıxan kimi çıxar". Müslimin (3/133) və başqalarının rəvayət etdikləri hədisdən.
Allahın elçisi (s.s) həmçinin demişdir: "Kim belə dəstəmaz alsa, onun bu dəstəmazı bundan əvvəl işlədiyi günahların bağışlanmasının kəffarəsi olar". (Müslimin rəvayəti).
Bunu da Allahın elçisi (s.s) demişdir: "Hər bir müsəlmanın təharət edib tam pak olması və bu beş vaxt namazı qılması ən azı həmin namaz vaxtları arasında işlədiyi günahların kəffarəsi (yuyulmasının haqqı) ola bilər! (Müslimin rəvayəti).
Dəstəmaz almağın qaydası
1. Niyyət etmək: bu, insanın Allahın və Onun elçisinin (s.s) əmrini yerinə yetirmək məqsədilə dəstəmaz almaq istəyini dilə gətirmədən ifadə etməsindən—ürəyindən keçirməsindən ibarətdir. Çünki bu istəyin dillə demək, müsəlmanların böyük alimlərinin yekdil rə'yinə görə, bid'ətdir (dini korlayan uydurma yenilikdir). Axı Peyğəmbər (s.s) demişdir: "Əməllər niyyətlərə görə qiymətləndirilir" (Əl-Buxarinin və Müslimin həmfikir olduqları hədisdən) .
2. Allahın adını çəkmək: bu dəstəmaz almağa başlayandan əvvəl "bismillah" (Allahın adı ilə!) deməkdən ibarətdir. Bunu demək dəstəmaz alana vacibdir. Əvvəldə deməyi unutduqda, unutduğunu xatırlayan kimi demək olar. Çünki Allahın elçisi (s.s) demişdir: "Dəstəmaz üstündə Allahın adını çəkməyənin dəstəmazı qəbul olunmaz". (Ət-Tirmizinin və Əbu Davudun rəvayət etdikləri hədisdən).
3. Əlləri yumaq: bu, əlləri biləyəcən yumaqla başlanıb, suyun barmaqların arasını yaxşı islatmasını tə'min etmək üçün bir əlin barmaqları ilə o birinin barmaqlarının aralarını yumaqdan ibarət bir hərəkətdir.
4. Ağzını yaxalamaq (qarqara etmək): bu suyu ağızda sağ əlin ovucunun köməyi ilə hərəkət etdirərək ağızı yumaqdır.
5. Buruna su çəkmək (istinşaq): bu, sağ əlin ovucunun köməyi ilə suyu ilə burunun dərinliyinə çəkməkdir. Burada bir şeyi qeyd etməyi lazım bilirik ki, ağzını yaxalamaq və buruna su çəkmək üçün su hər dəfə tək bir əlin ovucuna götürülməlidir, bunu iki əllə etmək olmaz.
6. Suyu burundan xaric etmək (istinsar): bu, buruna çəkilmiş suyu sol əlin köməyi ilə nəfəsini təzyiqlə bayıra verməklə burundan xaric etməkdir.
7. Üzünü yumaq: bu, üzün başın tüklü yerindən çənənin və ya saqqalın ucundan uzununa və qulaqların dibinədək eninə üç dəfə suyun üzün bütün yerlərini islatması şərtilə yuyulmasıdır. Saqqal saxlayanlar suyu saqqalın tükləri arasına yeritsələr yaxşı olar. Çünki hədisdə deyilir: "Allahıq elçisi (s.s) saqqalını barmaqları ilə daraqlayıb dibini isladardı". (Ət-Tirmizinin rəvayəti).
8. Əllərin dirsəklərəcən yuyulması: əvvəl sağ əlin, sonra sol əlin dirsəklərəcən üç dəfə yuyulmasından ibarətdir.
9. Başa əl (məsh) çəkilməsi: bu, əlini bütünlüklə başa qabaqdan arxayadək çəkməkdən və sonra əlini bu hərəkətə başladığı yerəcən qaytarmaqdan ibarətdir. Bundan sonra şəhadət barmaqlar qulaqların içinə salınıb, baş barmaqlarla qulaqların ardı sürtülməlidir. Axı Peyğəmbər (s.s) demişdir: "Qulaqlar da başa aiddir". (Əhmədin və Əbu Davudun rəvayət etdikləri hədisdən).
Abdullah bin Zeydin hədisində başa məsh çəkilməsi belə təsvir edilir: "...o Peyğəmbər (s.s), əllərini başının qabağından başlayıb arxasınadək çəkdi və sonra onları başladığı yerəcən qaytardı" (Əl-Buxari və Müslimin haqqında həmfikir olduqları hədisdən).
10. Ayaqları topuqlaracan, ayaq barmaqlarının arasına çeçələ barmağı salıb yumaq deməkdir.
Bütün bunlara dəlil Osman bin əl-Əffanın (r) hədisidir. Orada deyilir ki, Osman adamları çağırıb dəstəmaz üçün su gətirdərək burada göstərildiyi kimi dəstəmaz almış, sonra demişdir: "Mən Allahın elçisinin (s.s) belə dəstəmaz aldığını görmüşəm". (Əl-Buxari ilə Müslimin haqqında həmfikir olduqları hədisdir).
11. Dəstəmaz alıb qurtarandan sonra dua oxumaq: çünki Allahın elçisi (s.s) demişdir: "Sizdən kim əməlli-başlı dəstəmaz alıb bu duanı oxusa, Cənnətin səkkiz qapısı da birdən onun üzünə açılar və o, istədiyi qapıdan Cənnətə daxil olar: "Əşhədu ən la ilahə illəllahü vəhdəhu la şərikə ləhü və əşhədü ənnə Mühəmmədən əbdühü və rəsülühü" (Mən şəhadət edirəm ki, Allahdan başqa heç bir mə'bud yoxdur, Onun heç bir şəriki yoxdur və şahidlik edirəm ki, Məhəmməd Onun qulu və elçisidir) (Müslimin rəvayət etdiyi hədis). Ət-Tirmizinin belə eyni rəvaəytində isə bu duada Müslimin rəvayətindəkindən artıq bir ifadə var ki, bu da düzgündür. Həmin ifadə budur: "Allahümmə-c'əlni min ət-təvvabinə və-c'əlni min əl-mütətəhhərinə" (Ilahi! Məni tövbə edənlərdən və pak olanlardan et!).
Dəstəmazı kəsən şeylər
1—Başı kəsilmədən öldürülmüş heyvanın ətini yemək. Çünki bir dəfə bir kişi Peyğəmbərdən (s.s) dəvə əti yeyəndən sonra dəstəmaz almayğın lazım gəlib-gəlmədiyini soruşmuş, Peyğəmbər (s.s) ona belə cavab vermişdir: "Dəstəmaz almaq lazımdır" (Müslimin rəvayət etdiyi hədisdən).
2—İfrazat dəliklərindən nəyinsə xaric olması. Çünki Peyğəmbər (s.s) demişdir: "Kimə bir murdarlıq üz versə, dəstəmaz almayınca qıldığı namaz qəbul olunmaz" (Müslimin rəvayət etdiyi hədisdən).
3—Dərin yuxuya getmək. Çünki Peyğəmbər (s.s) demişdir: "Açıq göz səhvlərin yığılıb saxlandığı qazanın qapağıdır. Kim yuxuya getsə, oyananda dəstəmaz alsın". (Əhmədin və Əbu Davudun rəvayət etdikləri hədisdən).
4—Cinsiyyət üzvünə və vurmaq. Çünki Peyğəmbər (s.s) demişdir: "Kim öz cinsiyyət üzvünə əliyalın əl-çəksə, dəstəmaz alsın". Bu məsələdə alimlər cinsiyyət üzvünə əlin dəyməsinin şəhvətə hissi ilə əlaqədar olub-olmadığını bir şərt kimi irəli sürmüş və belə fikir yürütmüşlər ki, şəhvət hissi ilə əlaqədar olmayan halda dəstəmazı təzələmək olar.
5—İnsanın yuxuya getmədən ağlını itirməsi halları. Belə hallardan dəlilik, huşunu itirmək, sərxoşluq və s. misal göstərilə bilər. Bu məsələdə alimlərin böyük əksəriyyəti yekdildir.
Mənbə: www.azerislam.com
Hedisler

Hədis: Bu kəlmə [حَدِيثٌ] lüğətdə hekayə, rəvayət, söhbət, danışıq, yeni və.s mənaları ifadə edir. İstilahi mənada isə - Peyğəmbərə (s.ə.s) istinad edilən kəlmə, ya hərəkət, ya təsdiq etmə ya da sifət hədis adlanır
İslam və ibadətlə əlaqəli seçilmiş hədislər
İmanla əlaqəli seçilmiş hədislər
Namazla əlaqədar seçilmiş hədislər
Oruca aid seçilmiş hədislər
Zəkat və həccə aid seçilmiş hədislər
Səhabələrə dair seçilmiş hədislər
Dua və tövbə ilə əlaqədar seçilmiş hədislər
Halal və haramla əlaqədar seçilmiş hədislər
Quran öyrətmək və öyrənməyin fəziləti haqqında seçmə hədislər
Elm haqqında seçmə hədislər
Allah və peyğəmbər sevgisi, Allah qorxusu haqqında seçmə hədislər
Ata ana və qonşu haqqında seçmə hədislər
Birlik bərabərlik və qardaşlıq haqqında seçmə hədislər
Sədəqə və borc vermə haqqında seçmə hədislər
Fitnə və fəsad haqqında seçmə hədislər
Qohum əqrəba haqqında seçmə hədislər
Əmanət, sidq, ədalət və zülmə aid seçmə hədislər
Ticarət hiylə və rüşvətə aid seçmə hədislər
Ədəb, həya və doğruluğa aid seçmə hədislər
Çalışmaq, tənbəllik, israf və təsərrüfə aid seçmə hədislər
Yalan, iftira, söz gəzdirmək və qeybətə aid seçmə hədislər
Kibir, təvazökarlıq, yumşaqlıq, comərdlik, xəsislik, həsəd, suı-zənn, tamah və dilin bəlalarına aid seçmə hədislər
Sünnə ilə əlaqəli seçilmiş hədislər
Müxtəlif mövzulara dair seçilmiş hədislər
İslam və ibadətlə əlaqəli seçilmiş hədislər
• İbn Ömər rəvayət edir ki, Peyğəmbərimiz (s.ə.s) belə buyurur: «İslam beş (dayaq) üzərində qurulmuşdur: «Allahdan başqa (ibadətə layiq olan) ilahın olmamasına və Məhəmmədin Onun qulu və elçisi olduğuna şəhadət gətirmək, namazı yerinə yetirmək, zəkat vermək, evi (Kəbəni) ziyarət etmək və Ramazan orucunu tutmaq» «Səhihul Buxari, 8» «Səhih Muslim, 16»
• Əbu Hüreyrədən (r.a) rəvayət olunur: Rəsulullah buyurdu: “Ehsan; Allaha, onu görərcəsinə ibadət etməndir. Hər nə qədər onu görməsən də o səni mütləq görür.” (Səhihi-Buxari, Kitrabul-İman, c. İ, səh. 18; Səhihi-Müslim, Kitabul-İman, Hədis № 1, 5)
• Abdullah ibn Məsuddan (r.a) rəvayət olunur: “Hansı əməl daha fəzilətlidir?” deyə soruşdum. Rəsulullah (s.ə.s): “Vaxtında qılınan namaz” buyurdu. “Sonra hansıdır?” dedim. “Ana və ataya yaxşılıq etməkdir” buyurdu. Sonra hansıdır?” deyə soruşdum. “Allah yolunda cihad etməkdir” buyurdu. (Müslim Kitabul-İslam, 137)
• Ömər ibnu-l-Xattab (r.a.) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) dedi: «Əməllər niyyətlərə görədir və hər bir kəsin etdiyi əməl niyyəti ilə ölçülür» «Buхarinin Səhih əsəri, 1» «Səhih Muslim, 4904-cü hədis»
• Əbu Hureyrə (r.a.) rəvayət edir ki, mən Peyğəmbərin (s.ə.s) belə dediyini eşitdim: «Qiyamət günü üç sinif insan ilk mühakimə olunan insanlardan olacaqlar. Şəhid Allahın hüzuruna gətiriləcək və Allah ona bəхş etdiyi nemətlər haqqında хəbər verib deəyəcək:"Bu nemətlərin müqabilində nə etmisən?" O deyəcək:"Sənin yolunda vuruşub şəhid olmuşam". Allah da ona deyəyəcək ki; Yalan deyirsən, sənə "qəhrəmandır deyilsin deyə vuruşmusan və ona da nail olmusan". Sonra əmr olunacaq və o üzü üstə sürüklənib Cəhənnəmə atılacaq. Sonra elm öyrənmiş və onu insanlara öyrətmiş, çoхlu Quran oхumuş bir şəхs Allahın hüzuruna gətiriləcək və Allah ona bəхş etdiyi nemətlər haqqında хəbər verib deyəcək: "Bu nemətlərin müqabilində nə etmisən?" O deyəcək: "Sənin хatirinə elm öyərənib onu insanlara öyrətmişəm və Quran oхumuşam". Allah da ona deyəcək ki;"Yalan deyirsən, sənə "alimdir" deyilsin deyə elm öyrənmisən və sənə "qaridir" (gözəl Quran oхuyan) deyilsin deyə Quran oхumusan və ona da nail olmusan". Sonra əmr olunacaq və o üzü üstə sürüklənib Cəhənnəmə atılacaq. Sonra, Allah tərəfindən çoхlu var-dövlət verilmiş bir şəхs Onun hüzuruna gətiriləcək və"Allah ona bəхş etdiyi nemətlər haqqında хəbər verib deyəcək:"Bu nemətlərin müqabilində nə etmisən?" O deyəcək: "Var-dövlətimi Sənin хatirinə, Sənin istədiyin yerlərə sərf etmişəm". Allah da ona deəyəcək ki;"Yalan deyirsən, sənə "necə səхavətli insandır" deyilsin deyə var-dövlətini sərf etmisən və ona da nail olmusan". Sonra əmr olunacaq və o üzü üstə sürüklənib Cəhənnəmə atılacaq» «Muslimin Səhih əsəri 4900-cu hədis»
• Əbu Hüreyrənin (r.) belə dediyi rəvayət olunub : Allahın elçisi (s.ə.s) dedi: «Uca Allah dedi: "Mən şərikə ən ehtiyacı olmayan şərikəm. Kim bir iş görərkən o işdə Mənə bir başqasını şərik etsə, onu özünü Mənə şərik qoşduğu ilə birlikdə qoyub tərk edərəm"» «Muslim səhih, 4/2289 2985»
• Muaz bin Cəbəl (r.a.) rəvayət edir ki, mən Peyğəmbər (s.ə.s) birgə onun uzunqulağının tərkində olarkən o mənə dedi: «Ey Muaz! Bilirsənmi Allahın bəndələr üzərində və bəndələrin də Allah üzərində olan haqqı nədir?» Mən dedim: «Allah və rəsulu daha yaxşı bilir!» O dedi: «Allahın bəndələr üzərində olan haqqı Ona ibadət edib heç bir şeyi Ona şərik qoşmamaları, bəndələrin Allah üzərində olan haqqı isə Ona şərik qoşmayana əzab verməməsidir!» Mən dedim: «Ey Allahın elçisi, insanları bu şad xəbərlə müjdələyimmi?» O dedi: «Xəbər vermə ki, arxayınlaşmasınlar!» «Səhihul Buxari, 128» «Səhih Muslim, 30»
• Peyğəmbər (s.ə.s) Müaz ibn Cəbəli (r.a) Yəmənə göndərdikdə ona belə demişdir: «Sən kitab əhlindən olan bir qövmün yanına gedirsən, elə isə onları (tövhidə) "Əşhədü ən lə iləhə illəllahu və əşhədü ənnə Mühəmmədən rəsulullah" kəlməsinə dəvət et. Buna itaət edərlərsə, o qövmə хəbər ver ki, Allah onlara gün ərzində beş vaхt namaz qılmaqlarını fərz (Hər bir müsəlmana vacib olan əməl) buyurmuşdur. Buna da itaət edərlərsə, o qövmə хəbər ver ki, Allah onlara varlılarından götürülüb kasıblarına paylanan sədəqənin (zəkatın) verilməsini fərz buyurmuşdur. Buna da itaət edərlərsə, onların ən qiymətli mallarını götürməkdən çəkin! Habelə məzlumun duasından qorх! Həqiqətən, onun duası ilə Allahın arasında heç bir maneə yoхdur» «Buxarinin Səhih əsəri, 1395» «Muslimin Səhih əsəri, 121»
• Əbu Hüreyrədən rəvayət edilir: Rəsulullah (s.ə.s) belə buyurdu: “Sizdən biriniz İslamını gözəlləşdirərsə, etdiyi hər yaxşılıq onun üçün on mislindən yeddi yüz mislinə qədər (artırılaraq) yazılır. Etdiyi hər pislik isə eyniylə yazılır.” (Səhihi-Buxari, Kitabul-İman, c.İ, səh. 16)
• Ənəs ibn Malikdən rəvayət edilir: Rəsulullah (s.ə.s) belə buyurdu: “Ölən kimsəni üç şey təqib edər. İkisi geri dönər, birisi onunla qalacaqdır. Onu əhli, malı və əməli təqib edər. Əhli və malı geri dönər, əməli isə onunla qalacaqdır” (Səhihi-Buxari, Kitrabur-Riqaq, c. VII, səh.193; Səhihi-Müslim, Kitabuz-Zühd, Hədis №5)
• Ayişə (r.anha)dan rəvayət edilir: Rəsulullaha (s.ə.s) “Allaha ən sevimli əməl hansıdır?” deyə soruşulanda, Allah Rəsulu (s.ə.s): “Az da olsa davamlı olanıdır” buyurdu. (Səhihi-Buxari, Kitabur-Riqaq c. VII, səh.182; Səhihi-Müslim, Kitabu Salatil-Müsafirin, Hədis № 216).
• Əbu Malik əl-Əşəri (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir : “Təmizlik imanın yarısıdır. “Əlhəmdülillah” mizanı doldurar. “Sübhənallahi vəl-həmdü lillah” göylərlə yer arasını doldurarlar. Namaz bir nurdur. Sədəqə bir burhandır. Səbr bir işıqdır. Quran sənin lehinə və ya əleyhinə olan bir hüccətdir.” (Səhihi-Müslim, Kitabut-Taharə, Hədis № 1)
• Abdullah ibn Ömər (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir : “Təharətsiz heç bir namaz, xəyanətlə əldə edilmiş maldan da sədəqə qəbul olunmaz” (Səhihi-Müslim, Kitabut-Təharə, Hədis № 224)
• Əbu Cəmrə (r.a) rəvayət olunur: Rəsulullah (s.ə.s) belə soruşdu: “Bilirsinizmi, bir olan Allaha iman etmək nə deməkdir?” Oradakılar belə cavab verdilər: “Allah və Rəsulu daha yaxşı bilər”. Rəsulullah (s.ə.s) belə dedi: “Allahdan başqa ilah olmadığına və Mühəmmədin Rəsulullah olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, ramazan orucunu tutmaq və qənimətin beşdə birini vermənizdir.” (Səhihi-Buxari, Kitabul-İman, c. I, səh.19)
• Ənəs (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir : “Üç şey (xüsusiyyət) kimdə olarsa, o, imanın şirinliyini dadmış olar: Allah və Rəsulu ona başqalarından daha çox sevimli olmaq, sevdiklərini yalnız Allah üçün sevmək, Allah onu küfrdən xilas etdikdən sonra yenə küfrə dönməkdən atəşə atılmasından xoşlanmadığı kimi xoşlanmamaq.” (Səhihi-Müslim, Kitabul-İman, Hədis № 56.)
• Ənəs (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir : “Heç biriniz; məni, özünə uşağından, atasından və bütün insanlardan daha sevimli qəbul etmədikcə iman etmiş sayılmaz.” (Səhihi-Buxari, Kitabul-İman, c. 1, səh.9; Səhihi-Müslim, Kitabul-İman, 70)
• Abbas ibn Əbdülmüttəlib (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir : Allahı Rəbb, İslamı din və Muhəmmədi rəsul qəbul edən adam, imanın dadını dadmışdır.” (Səhihi-Müslim, Kitabül-İman, Hədis №56 )
• Əbu Hüreyrə (r.a), rəvayət edir ki, Rəsulullah (s.ə.s) belə buyurdu: “İman etmədikcə cənnətə girə bilməzsiniz. Bir-birinizi sevmədikcə də iman etmiş ola bilməzsiniz.” (Səhihi-Müslim, Kitabul-İman, Hədis № 93)
• Əbu Hüreyrədən (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: «İman altmış və bir neçə şöbədən ibarətdir, həya da imanın şöbəsindəndir» «Səhih əl-Buxari İman kitabı, 1/9 səh.67»
• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir : “Sizdən birinizin qapısının önündən bir çay axsa və o da bu çayda hər gün beş dəfə yuyunsa, üzərində kirdən bir şey qalarmı?” deyə soruşdu. Ətrafındakılar; “Xeyr, heç bir kir qalmaz” dedilər. Rəsulullah (s.ə.s) da belə buyurdu: “Elə bu, beş vaxt namaza bir misaldır. Allah (cc) bu namaz səbəbiylə xətaları yox edər” (Səhihi-Buxari, Kitabu Məvakitis-Salat, c.İ, səh.134; Səhihi-Müslim, Kitabul Məsacid № 283)
• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir : “Bir kəs evində gözəlcə təmizlənir və sonra, Allahın fərzlərindən birini yerinə yetirmək məqsədilə Allahın evlərindən (məscidlərindən) birinə gedərsə, atdığı hər iki addımdan biri bir günahını silər, digəri də onu bir dərəcə (onun bir dərəcəsini) yüksəldər.” (Səhihul-Müslim, Kitabul-Məsacid, Hədis №282)
• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir : Kim, (namaz üçün) məscidə gedib gələrsə, hər gedib gəldiyində Allah Təala ona cənnətdəki qonaq yerini hazırlayar.” (Səhihi-Buxari, Kitabul-Əzan, c.İ, səh. 161)
• Ubadə ibn Samit (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir : “Allah Azzə və Cəllə, beş vaxt namazı fərz qılmışdır. Kim gözəlcə abdəstini alar, namazları vaxtında qılar, rüku və səcdəsini xüşu içində tamamlayarsa, Allahın, o kəsi bağışlayacağına dair bir əhdi vardır. Bunları etməyən kəs üçün isə Allahın hər hansı bir əhdi yoxdur. İstərsə o kəsi bağışlayar, istərsə əzab verər.” (Sünəni Əbi Davud, Kitabus-Salat, Hədis № 425)
• İbn Cüreyc (r.a) rəvayət edilir: Mənə Əbu Zübeyir xəbər verdiki, o, Cabir ibn Abdullahın, belə dediyini eşitmişdir: Mən Rəsulullahdan (s.ə.s) belə buyurduğunu eşitdim: “İnsan ilə şirk və küfr arasında namazı tərk etmək vardır” (Səhihi-Müslim, Kitabul-İman, Hədis № 2752, 2753)
• Ənəs ibn Malik (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Hər kim bizim qıldığımız namazı qılar, qibləmizə yönələr, kəsdiyimizi yeyərsə, O, Allahın və Rəsulullahın əhd və əmanını haqq edən müsəlmandır. Siz, o kəsin Allaha (və Rəsulullaha) qarşı əhd və əmanına xəyanət etməyin” (Səhihi-Buxari, Kitabus-Salat, c.İ, səh. 102)
• Muaz ibn Cəbəl (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Hər işin başı İslam, dirəyi namaz və zirvəsi də cihaddır.” (Sünəni-Tirmizi, Kitabul-İman, Hədis № 2749).
• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Qulun, qiyamət günündə hesaba çəkiləcəyi ilk əməli namazdır. Əgər namazı tam və doğru çıxarsa qurtulmuş və qazanmışdır. Əgər xətalı çıxarsa, hüsrana uğrayacaqdır. Fərz namazlar düzgün, ancaq əksik olduğunda (qılmadıqları varsa) Əziz və Cəlil olan Allah buyurur ki: “(O qulumun) fərz namazlarını nafilələri ilə tamamlayın.” Sonra digər əməlləri də bu tərzlə hesaba çəkilir.” (Sünəni-Tirmizi, Kitabus-Salat, Hədis № 409)
• İbn Ömərdən rəvayət olunduğuna görə: “Hz. Peyğəmbər (s.ə.s) namaza başlayarkən əllərini çiyinlərinin səviyyəsinə qaldırardı (təkbir alardı).” (Təcridi-Sarih Tərcüməsi, c. II, səh. 696)
• Vail ibn Hucrun (r.a) rəvayət olunur: Allah Rəsulunu (s.ə.s) (namaz qıldığı vaxt) gördüm. Səcdəyə gedərkən dizlərini əllərindən əvvəl yerə qoydu. Səcdədən qalxarkən də əllərini dizlərindən əvvəl yerdən qaldırdı. (Sünnəni-Əbu Davud, Kitabus-Salat, Hədis № 57.)
• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Bir kimsə, ramazanın fəzilətinə inanaraq və mükafatını (Allahdan) umaraq oruc tutarsa, o kimsənin keçmiş günahları əfv olunur. (Səhihi-Buxari, Kitabus-Savm, c. II, səh. 288; Sünəni-Tirmizi, Oruc Babları, Hədis No: 678; Sünəni-Nəsai, Kitabus-Siyam, c. IV, səh. 157).
• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Kim ki yalan söyləməyi və yalanla əməl etməyi tərk etməzsə, o kəsin yeməsindən, içməsindən uzaqlaşıb ac durmasına Allahın ehtiyacı yoxdur. “
• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Oruc bir qalxandır. Oruclu, pis söz söyləməsin. Oruclu, özünə sataşmaq və özüylə dalaşmaq istəyənə iki dəfə “Mən orucluyam” desin. Nəfsim qüdrət əlində olan Allaha and içirəm ki, oruclunun ağız qoxusu, Allah Təala yanında müşk iyindən daha təmizdir. (Allah buyurmuşdur ki:) Oruclu kəs mənim rizam üçün yeməsindən, içməsindən, cinsi arzusundan uzaq olmuşdur. Oruc sadəcə mənim üçün (edilən bir ibadət)dir. Onun əcrini də mən verəcəyəm. Halbuki, başqa ibadətlərin hamısı on misliylə ödənməkdədir.” (Səhihi-Buxari, Kitabus-Savm, c.II, səh 226; Səhihi-Müslim, Kitabus-Siyam, Hədis No 1151; Sünəni Əbi Davud, Kitabus-Savm, Hədis No: 2363)
• Əli ibn Əbi Talib (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Allah təala belə buyurdu: Oruc mənim (rizam) üçün (edilən bir ibadət)dir. Onun qarşılığını da mən verərəm. Oruclu üçün iki sevinc vardır: Bir iftar etdiyi vaxt, digəri də Rəbbinə qovuşduğu vaxt.” (Səhihi-Buxari, Kitabus-Savm, c.II, Səhihi-Müslim, Kitabus-Siyam, Hədis No: 1151; Sünəni-Nəsai, Kitabus-Siyam, c. IV, səh.159-160)
• Əbu Umamədən (r.a) rəvayət edilir: Mən Rəsulullaha (s.ə.s): “Mənə bir şey əmr et ki: Allah məni onunla faydalandırsın.” dedim. Buyurdu ki: “Sənə orucu tövsiyə edirəm. Ona davam et. Çünki, o, bənzəri olmayan bir ibadətdir.” (Sünəni-Nəsai, Kitabus-Siyam, c.IV, səh.165)
• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Malının zəkatını verdiyin vaxt, şübhə yox ki, üzərinə düşən vəzifəni etmiş olarsan” (Sünəni-Tirmizi, Kitabuz-Zəkat, Hədis № 614).
• Bir nəfər Peyğəmbərimizə (s.ə.s): “Ya Rəsulullah! Zəkatdan başqa (malım haqqında) üzərimə düşən başqa bir şey varmı?” deyə soruşanda, Rəsulullah (s.ə.s), ona; “Xeyr, Ancaq könüllü olaraq verərsən o başqa” cavabını vermişdir.
• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Kim ki, Allah bir kəsə mal verdiyi halda o malın zəkatını verməzsə, zəkatı verilməyən mal, qiyamət günündə sahibi üçün, çox zəhərli, erkək bir ilan surətinə qoyular. Bu ilanın iki gözü üstündə iki nöqtə vardır. Bu azğın ilan qiyamət günündə mal sahibinin boynunda boyunbağı olacaq. Sonra ilan, sahibinin çənəsini iki tərəfindən tutub, “mən sənin malınam, mən sənin xəzinənəm” deyər. (Səhihi-Buxari, Babü Vücübüz-Zəkat, c.2.səh.110-111)
• İbn Şümamə əl-Mehridən (r.a) rəvayət edilir: Əmr ibn As ölüm xəstəliyində ikən onun yanına getmişdik. Əmr ibn Asl, Rəsulullahın (s.ə.s) belə buyurduğunu söylədi: “Həqiqətən İslam (müsəlman olmaq,) özündən əvvəlki günahları yox edər... Həcc də özündən əvvəlki günahları yox edər.” (Səhihi-Müslim, Kitabul-İman, Hədis № 121.)
• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Kim, Allah rizası üçün həcc edər, bu əsnada çirkin sözlər söyləməz, günah və pis bir hərəkət etməzsə, o kəs, anadan yeni doğulmuş kimi tər-təmiz, günahsız bir halda geri dönər” (Səhihul-Buxari, Kitabul-Həcc, c.2, səh. 141)
• Əbu Hüreyrədan (r.a) rəvayət edilir: Rəsulullah (s.ə.s) bizə bir xütbə etdi və “Ey insanlar! Allah Təala, üzərinizə həcci fərz qıldı. Həcc edin.” buyurdu. Bundan sonra bir nəfər; “Hər ilmi, ya Rəsulallah:” deyə soruşanda, Peyğəmbərimiz (s.ə.s) sükut etdi. O nəfər də sualı üç dəfə təkrar etdi. Sonra Rəsulallah (s.ə.s) belə buyurdu: “Əgər mən (bu suala cavabən) “bəli” desəydim, hər il həcc etmək mütləq vacib olardı və sizin buna əsla gücünüz yetməzdi.” (Səhihi-Müslim, Kitabul-Həcc, Hədis № 1337)
Səhabələrə dair seçilmiş hədislər
• Peyğəmbər (s.ə.s) buyurmuşdur: “İnsanların xeyirlisi yaşadığım dövrdə yaşayanlardır. Sonra onları təqib edən (tabiunlar), sonra da onları təqib edən (təbəut-tabiun) gəlir.” (Səhihi-Müslim, Kitabu Fədailus-Səhabə, c.VII, səh. 479-480)
• Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Əshabıma dil uzatmaqdan uzaq durun. Məndən sonra qəti onları hədəf tutmayın. Kim onları sevərsə məni sevdiyinə görə sevmiş olar. Kim də üz çevirərsə, məndən üz çevirdiyi üçün olar. Onlara əziyyət verən mənə əziyyət vermiş olar, mənə əziyyət verən isə Allaha əziyyət verir deməkdir. Allah, özünə əziyyət edəni yaxında yaxalayar. (Mişkatül-Məsabih. c.III .səh.219, Hədis №6005)
• Peyğəmbər (s.ə.s) buyurmuşdur: Məni görüb iman edənlərə müjdələr olsun, məni görənləri də görənə müjdələr olsun. (İbn Həcər əl-Əsqəlani, əl-Mətalibul-Aliyyə, c. IV, səh. 156)
• Şəddad ibn Əvs (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “İstiğfar dualarının ən üstünü, bu şəkildə dua etməndir: “Allahım! Sən mənim Rəbbimsən. Səndən başqa qulluğa layiq heç bir ilah yoxdur. Məni sən yaratdın. Mən sənin qulunam və gücüm yetdiyi ölçüdə sənə verdiyim söz və vədin üzərində dururam. Etdiyim pis şeylərin şərindən sənə sığınıram. Mənə ehsan etdiyin nemətləri ikrar, günahımı etiraf edirəm. Məni bağışla. Çünki, günahları ancaq Sən bağışlayırsan”. Kim bu duanı ixlasla və fəzilətinə inanaraq gündüz oxuduqdan sonra o gün axşam olmadan ölərsə cənnətlik olar. Kim də ixlasla və fəzilətinə inanaraq gecə oxuduqdan sonra səhər olmadan ölərsə o da cənnətlikdir”. (Buxari, Kitabud-Dəavat, c. VII, səh. 145).
• Ayişə (r.anha) gələn bir rəvayətə görə, Allah Rəsulu (s.ə.s), vəfatından öncə: “Allahım! Səni nöqsan sifətlərdən tənzih edər, Sənə həmd edirəm; Səndən əfv və məğfirət dilər, Sənə tövbə edirəm.” Duasını təkrarlamağı adət etmişdi. (Riyazus-Salihin, c. IIİ, səh. 392).
• Peyğəmbərimiz (s.ə.s) də heç bir günahı olmadığı halda, gündə yetmiş səfər istiğfar edərdi. (ət-Tac, c. V, səh. 147).
• Abdullah ibn Abbas (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Hər kim günahdan tövbə ilə istiğfara davam edərsə, Allah, o kimsəni hər darlıq və sıxıntıdan xilas edər, hər qəm və kədərdən azad qılar, onu heç ummadığı yerdən riziqləndirər” (Əbu Davud, Kitabus-Salat, c.II, səh. 179)
• Əbu Musa əl-Əşaridən (r.a): Allah Rəsulu (s.ə.s): “Ey insanlar! Canınıza yazığınız gəlsin, səsinizi yüksəltməyin. Şübhəsiz siz nə bir karı çağırır, nə də olmayan bir adamı çağırırsınız. Dua etdiyiniz Allah, şübhəsiz sizinlə bərabərdir. O sizə çox yaxındır, və sizi çox yaxşı eşidir” buyurdu. (Müslim, Kitabuz-Zəkat, c. IV, səh. 2076)
• Ənəs ibn Malikdən (r.a) gələn bir rəvayətdə, Allah Rəsulunun (s.ə.s) ən çox oxuduğu dua bu idi, deyilmişdir: “Ey Allahım! Bizə dünyada da axirətdə də gözəllik, yaxşılıq, səadət ver və bizi cəhənnəm əzabından qoru!” (Buxari, Kitabud-Daavat, c. VII, səh. 163; Müslim Ktiabuz-Zikr, c. IIİ, səh. 2069).
• Peyğəmbər (s.ə.s) buyurmuşdur: Günah işləyən heç bir kim yoxdur ki, gözəlcə abdəst alaraq iki rəkat namaz qıldıqdan sonra istiğfar etsin də Allah onu bağışlamamış olsun.
• Abdullah bin Busurdan (r.a) belə rəvayət edir: «Bir şəxs Allahı elçisinə (s.ə.s) dedi: «Ey Peyğəmbər, islam ayinləri o qədər çoxdur ki, hamısı yadda saxlaya bilmirəm. Mənə elə bir şey öyrət ki, mən ondan bərk yapışım». Peyğəmər (s.ə.s) buyurdu: «Qoy dilin Allahı zikr etməkdən qurumasın» «ət-Tirmizi, 5/458» «İbn Macə, 2/1246» «Həmç bax: ət-Tirmizi, dəqiq. nəşr, 3/139» «İbn Macə, dəqiq. nəşri, 2/317»
• Ən-Nümandan (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: «Dua ibadətdir» «Səhih hədislər silsiləsi, 6/326»
• Salman əl-Farisnin (r.a) rəvayət etdiyi hədisdə Peyğəmbər (s.ə.s) demişdir: «Sizin Rəbbiniz Həyalı, kərəm Sahibidir, əllərini Ona tərəf qaldırıb dua edən qulunun əllərini boş qaytarmasından utanır» «Əbu-Davud, 1485-ci hədis»
Halal və haramla əlaqədar seçilmiş hədislər
• Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Kim haqsız yerə zülmlə bir qarış torpaq ələ keçirərsə qiyamət günü qəsb etdiyi torpaq parçası onu yeddi qat yerin dibinə batırar. buyurduğu İbn Ömərdən (r.a) rəvayət edilmişdir. (Buxari, Məzalim 13; Budul-Xalq 2; Müslim, Müsaqqat, 30)
• Numan ibn Bəşirdən, (r.a) rəvayət edilmişdir. Peyğəmbərin (s.ə.s) belə buyurduğunu eşitdim: Halal müəyyəndir, haram da müəyyəndir. Bu ikisinin arasında çox kəslərin bilmədikləri şübhəli şeylər vardır. Bir kəs bu şübhəli şeylərdən uzaq durarsa, dinini və namusunu qorumuş olar. Bir qoruğun ətrafında heyvanlarını otladan çobanın, hər ehtimalla qoruğa girməsi necə mümkünsə, şübhəli iş işləyənlər də bunun kimi harama düşə bilərlər. Diqqət edin! Hər hökmdarın bir qoruğu vardır. Allahın qoruğu da haram qıldığı şeylərdir” (Buxari, Kitabul-İman, c. İ, səh. 19)
• Əbu Hüreyrədən (r.a) rəvayət edildiyinə görə (bir gün) Hz. Peyğəmbər (s.ə.s) ərzaq satan birinin yanına gəldi. Ona “bunu necə satırsan?” deyə soruşdu. Adam başa saldı. Elə bu anda əlini qida maddəsi olan bir kisənin içinə soxması vəhy edildi. Əlini qaldıranda nə görsə yaxşıdır, alt tərəfi islaqdır. Bundan sonra “Alış verişdə, hər işində hiylə edən bizdən deyildir” buyurdu. (Müslim, İman 43; Əbu Davud, Buyu, 52)
• Abdullah ibn Əmrdən (r.a) rəvayət edildiyinə görə: “Hz. Peyğəmbər (s.ə.s), rüşvət alana da verənə də lənət oxudu.” demişdir. (Tirmizi, Əhkam, 9)
• Əbu Hüreyrədən (r.a) rəvayət edilmişdir. Hz. Peyğəmbər: “Zəndən uzaq durun; çünki zənn, sözün, yalanı ən çox olanıdır. Bir-birinizin qüsurunu görməyin; xüsusi həyatını araşdırmayın. Almayacağınız bir malın qiymətini, sırf alıcıya zərər vermək üçün, artırmayın. Bir-birinizə həsəd etməyin; bir-birinizə üz çevirməyin. Bir-birinizə qarşı kin bəsləməyin. Ey Allahın qulları, qardaş olun!” buyurmuşdur. (Buxari, Vəsaya 8, Nikah 45; Ədəb 57,58; Müslim, Birr 9)
• Əsma bint Yezid nəql edir ki: Hz. Peyğəmbər (s.ə.s) buyurdu ki: “Sizə xeyirlilərinizi xəbər verimmi?” Səhabələr; “Bəli ver” dedilər. “Üzlərinə baxıldığı zaman Allah xatıra gələnlərdir. Ən Pislərinizi də xəbər verimmi?” Əshab “bəli” dedilər. “Aravuranlar, sevənlərin arasını vuranlar, insanları bir-birindən ayrı düşürmək istəyənlərdir.” (Əxlaqi Hədislər, I/338).
• Süfyan ibn Useyd (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Qardaşın sənə inanarkən, sənin ona yalan söyləyərək danışman, ən böyük xəyanətdir. (Əbu Davud, Ədəb, 79)
• Ənəs (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Ən böyük günahlardan biri, bir müsəlmanın namusuna dil uzadaraq haqsız yerə ona iftira etməkdir. Ağzını pozaraq dil uzadan birinə cavab ver(ib daha çox söy)mək də böyük günahlardandır. (Əbu Davud, Ədəb, 40)
Quran öyrətmək və öyrənməyin fəziləti haqqında seçmə hədislər
• Əli ibn Əbi Talib (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: Sizin ən xeyirliniz Quranı öyrənən və onu öyrədəndir. (Sünəni-Tirmizi, Kitabüs-Səlat, 349; Sünəni-İbn Macə, Muqəddimə, 16.)
• Abdullah ibn Məsud (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: Hər kim Allah Təalanın Kitabından bir hərf oxusa bunun əvəzində ona bir savab vardır və hər savab on misliylədir. (Sünəni-Tirmizi, Babu Fəzailil-Quran, Hədis: 3076.)
• Əbu Musa əl-Əşari (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Qurani-Kərimi oxuyan və lazım olduğu kimi əməl edən mömin, dadı gözəl, iyi də sitrus meyvələr kimidir. Quranı-Kərimi oxumayan, ancaq hökmləri ilə əməl edən mömin isə, dadı gözəl olan, fəqət iyi olmayan xurma kimidir. (Səhihi-Buxari, Kitabul-Fəzailil-Quran, c. VI səh. 115.)
• Ayişə (r.anha) Hz. Peyğəmbərdən (s.ə.s) rəvayət etmişdir: “Qurani-Kərimi yaxşı bilib oxuyan, comərd, itaətkar olan mələklərlə bərabərdir. Qurani-Kərimi çətinliklə oxuyan kimsəyə də iki savab vardır.” (Səhihi-Buxari, Tövhid Kitabı, 52)
• Uqbə ibn Amir rəvayət edir: Rəsulullah (s.ə.s) belə buyurdu: “Sizdən hər hansı biriniz məscidə girər, Əziz və Cəlil olan Allahın Kitabından iki ayə oxuyarsa və ya öyrənərsə, bunlar onun üçün iki dəvədən daha xeyirlidir. Üç ayə onun üçün üç dəvədən daha xeyirlidir. Dörd ayə onun üçün dörd dəvədən daha xeyirlidir. Bu ayələrin sayları eyni şəkildə artdıqca, o qədər dəvədən daha xeyirlidir.” (Səhihi-Müslim, Kitabu Salatul-Musafirin, Hədis: 251 (803)).
Elm haqqında seçmə hədislər
• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Hər hansı bir camaat, Allah Təalanın evlərindən bir evdə toplanar, Qurani-Kərim oxuyar və onu aralarında müzakirə edərsə, şübhəsiz ki, onların üzərinə hüzur və səkinə (mənəvi rahatlıq) enər; onları rəhmət əhatə edər, mələklər onları əhatə edər və Allah Təala onları, öz dərgahındakı xeyirli topluluq arasında yad edər.” (Müslim, Zikir Kitabı, 38)
• Əbud-Dərda (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Bir kimsə elm öyrənmək üçün yola çıxarsa, Allah Təala da onu cənnət yollarından bir yola qoyar; mələklər də elm tələbəsinin rizası üçün qanadlarını açarlar. Göylərdə və yerdə olanlar, hətta suyun içindəki balıqlar, alim üçün Allah Təaladan əfv və məğfirət diləyirlər. Alimin abidə üstünlüyü tamamlanmış ayın digər ulduzlara üstünlüyü kimidir. Alimlər peyğəmbərlərin varisləridir. Peyğəmbərlər miras olaraq dinar və dirhəm deyil, elm buraxmışlar. Kim onu (elmi) alarsa (bu mirasdan) bol pay almış olar.” (Sünəni-Əbi Davud, Elm Kitabı, 1)
• Abdullah ibn Məsud (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Ancaq iki xüsusiyyət sahibinə qibtə edilər. Biri Allah Təalanın ona mal-mülk verdiyi kimsədir ki, bu malı Allah Təala yolunda xərcləmək üzrə qüvvətləndirilmişdir. Digəri isə Allah Təalanın ona hikmət ehsan etdiyi kimsədir. O, bu hikmətlə hökm edər və onu başqalarına da öyrədər” (Səhihi-Buxari, İman Kitabı, 15)
• Əbu Məsud (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Hər kim bir xeyirli işə dəlalət edərsə (yol göstərər və səbəb olarsa) ona o xeyir işi edən kimsəyə verilən savab qədər savab vardır” (Sünəni-Tirmizi, Elm Babı, Hədis: 2809)
• Kəb ibn Malik(r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: (“Elm adamlarına qarşı mübarizə aparmaq (elmilə öyünmək) və ya səfeh kimsələrlə mücadilə etmək ya da xalqın diqqətini özünə cəlb etmək üçün elm öyrənən kimsəni Allah Təala cəhənnəmə atacaqdır.” (Sünəni-Tirmizi, Elm Babı, Hədis: 2792)
• Əbu Hüreyrədən (r.a.) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) belə buyurur: «Adəm övladı vəfat etdikdən sonra əməl dəftəri bağlanır. Yalnız üç şeydən başqa: (Yəni vəfatından sonra da bu üç şey ona savab qazandırır) Ardı kəsilməyən sədəqə (yol çəkdirmək, su quyusu qazdırmaq, və s.) fayda verən elm və valideyn üçün dua edən əməlisaleh övlad» «Muslimin Səhih əsəri, 1631-ci hədis»
• Əbu Hüreyrədən (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: «Elmə öyrənməklə, həlim olmağa isə mülayimliklə yiyələnmək olar. Xeyrə nail olmaq üçün səy göstərən onu əldə edər, şərə düşməmək üçün səy göstərən də ondan qorunar» «Silsilətu-l-əhadisi-sahihə 342» «Səhihu-l-cami, 2328» (Hədis həsəndir)
• Hər kim elm axtarmaq məqsədiylə bir yola çıxarsa, Allah, ona cənnətə çatan yolu asanlaşdırar.” (Tirmizi, Elm Babı, HN: 2784)
• Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Elm öyrənmək, hər müsəlmana fərzdir.” (İbn Macə (Tərcümə və Şərh, H.Xətiboğlu) 1/387)
Allah və peyğəmbər sevgisi, Allah qorxusu haqqında seçmə hədislər
• Ənəs (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Hər kimdə üç xüsusiyyət olsa, o kimsə bu xüsusiyyətlə imanın ləzzətini dadar: Allah Təala və Rəsulu ona hər şeydən daha sevimli olmaq, sevdiklərini ancaq Allah Təala rizası üçün sevmək, Allah Təala onu küfrdən xilas etdikdən sonra yenə küfrə dönməkdən atəşə atılmasından xoşlanmadığı kimi xoşlanmamaq.” (Səhihi-Buxari, İman Kitabı, c. 1, səh. 9, 11)
• Ənəs (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Heç biriniz; mən ona uşağından, atasından və bütün insanlardan daha sevimli olmadıqca iman etmiş sayılmaz” (Səhihi-Buxari, İman Kitabı c. 1, səh. 9; Səhihi-Müslim, İman Kitabı, 70)
• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Sağılan süd, geri qayıdıb məməyə girə bilmədiyi kimi, Allah Təala qorxusundan ağlayan bir kimsə də cəhənnəmə girməz. Allah Təala yolunda meydana gələn tozla cəhənnəmin dumanı bir araya gəlməz.” (Sünəni-Tirmizi Zühd Babı, Hədis: 2413)
• Ubadə ibn Samit (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Hər kim Allah Təalaya qovuşub onu görməyi sevərsə Allah Təala da ona qovuşub onu görməyi istəyər. Hər kim də Allah Təalaya qovuşmaqdan xoşlanmazsa, Allah Təala da ona qovuşmağı istəməz.” (Səhihi-Buxari, Riqəq Kitabı, c. VII, səh. 191; Səhihi-Müslim, Zikr və Dua Kitabı, Hədis: 2683)
• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Yeddi qrup insan vardır ki, Allah Təala onları ərşin kölgəsindən başqa bir kölgə olmadığı qiyamət günündə öz kölgəsində saxlayacaqdır. Bunlar: 1. Adil imam (yəni idarəçi), 2. Allah Təalaya ibadət edərək böyüyən gənc, 3. Qəlbi məscidlərə bağlı olan insan, 4. Allah Təala üçün bir birini sevən, Allah Təala yolunda birləşən və Allah Təala yolunda ayrılan iki nəfər, 5. Məqam sahibi və gözəl bir qadının əxlaqsız dəvətini rədd edən kişi, 6. Sədəqə verən, ancaq sağ əlinin verdiyi sədəqəni sol əli bilməyəcək şəkildə gizləyən kimsə, 7. Tənha yerdə Allah Təalanı zikr edib və göz yaşı tökən kimsə.” (Səhihi-Buxari, Zəkat Kitabı, 17; Səhihi- Müslim, Zəkat Kitabı, 30)
• Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Məndən (Qurani Kərim xaricində) başqa bir şey yazmayın. Hər kim məndən Qurani-Kərimdən başqa bir şey yazmışsa onu yox etsin. Sözlərimdən istədiklərinizi yazmadan rəvayət edin. Buna icazə var. Hər kim bilə-bilə mənim adıma yalan danışarsa (Hədis uydurarsa), cəhənnəmdəki yerinə hazırlansın” buyurmuşdur. (Əhməd ibn Hənbəl, əl-Müsnəd, c. 3, səh. 12)
• İrbad ibn Sariyə (r.a.) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) səhabələrə (r.a.) tövsiyə edərək demişdir: «Sizə Allahdan qorxmağı (təqvalı olmağı), üzərinizdə qəyyum olan rəhbəri dinləyib itaət etməyi tövsiəyə edirəm! Həqiqətən məndən sonra yaşayanlarınız çoxlu ixtilaflar görəcəklər. O zaman mənim və raşidi xəlifələrimin yolu ilə gedin. Bu yoldan azı dişlərinizlə bərk yapışın. (Burada Peyğəmbər - səllallahu aleyhi və səlləm - bu yoldan dönməməyin son dərəcədə vacib olduğunu vurğulamışdır.) Dinə əlavə olunmuş yeniliklərdən (bidətlərdən) çəkinin! Həqiqətən hər bir bidət insanı zəlalətə aparır!» «Əbu Davudun Sünən əsəri, 4607» «Tirmizinin Sünən əsəri, 2676» «Əhmədin Müsnəd əsəri, 4/126-127»
Ata ana və qonşu haqqında seçmə hədislər
• Əbu Hüreyrə (r.a.) Hz. Peyğəmbərdən (s.ə.s) rəvayət etmişdir: “Burnu torpaqda sürtünsün; burnu torpaqda sürtünsün; burnu torpaqda sürtünsün”. Kimin Ya Rəsulallah! deyə soruşdular. Hz. Peyğəmbər (s.ə.s): “Qocaldığında anasına, atasına; onlardan birinə yaxud ikisinə də yetişən, ancaq onlara yaxşılıq etmədiyi üçün cənnətə girməyən kimsənin...” buyurdu. (Səhihi-Müslim, Birr Kitabı, Hədis: 2551)
• Əbu Hüreyrədən (r.a.) rəvayət olunmuşdur: Bir adam: “Ya Rəsulallah! Mənimlə söhbət etməyə ən çox haqqı olan kimdir?” deyə soruşdu. Hz. Peyğəmbər (s.ə.s) də “Anandır, sonra anandır, sonra anandır; sonra atandır. Sonra da dərəcə dərəcə yaxınlarındır.” buyurdu. (Səhihi-Müslim, Birr Kitabı, Hədis: 2 (2548); Sünəni- Tirmizi, Birr və Sila Babı, Hədis: 1959)
• Abdullah ibn Məsuddan (r.a) rəvayət edilir: Rəsulullaha (s.ə.s) “Hansı əməl daha fəzilətlidir?” deyə soruşdum. Rəsulullah (s.ə.s) “Vaxtında qılınan namaz” buyurdu. “Sonra hansıdır?” dedim. “Ana-ataya yaxşılıq etmək” dedi. “Sonra hansıdır?” deyə soruşdum. “Allah yolunda cihad etməkdir” buyurdu. (Səhihi-Müslim, İman Kitabı, 137)
• Peyğəmbərdən (s.ə.s) hansı əməlin daha fəzilətli olduğu soruşulduqda: İlk öncə “Allah Təala və Rəsuluna iman etməyi,” sonra “Allah Təala yolunda cihadı,” ondan sonra da “qəbul olunan həcc” buyurmuşdur. (Səhihi-Buxari, İman Kitabı, 19)
• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Allah Təalaya və axirət gününə inanan kimsə qonşusuna əziyyət etməsin. Allah Təalaya və axirət gününə inanan kimsə qonağına ikram etsin. Allah Təalaya və axirət gününə inanan kimsə ya xeyir (söz) söyləsin ya da sussun.” (Səhihi-Buxari, Kitabül-Ədəb, c. VII, səh. 78-79)
• Əbu Hüreyrədan (r.a) rəvayət edilir: Rəsulullah (s.ə.s) (bir gün üç dəfə arxa arxaya and içərək) “Allah Təalaya iman etmiş olmaz! Allah Təalaya iman etmiş olmaz! Allah Təalaya iman etmiş olmaz!” buyurdu. (Oradakılar): “Ya Rəsulallah! Bu iman etməyən kimdir?” deyə soruşdular. Rəsulullah (s.ə.s): “Zülmündən və şərindən qonşusunun əmin olmadığı kimsə” deyə cavab verdi. (Səhih-Buxari, Ədəb Kitabı, c. VII, səh. 78)
• Əbu Hüreyrə (r.a) deyir: «Bir kişi Peyğəmbərin (s.ə.s) yanına gəlib dedi: "Ey Allahın elçisi! Kimə daha çox qayğı göstərməliyəm?" O dedi: "Anana". Kişi soruşdu: "Sonra kimə?" Peyğəmbər (s.ə.s) dedi: "Anana". Kişi təkrar soruşdu: "Bəs daha sonra kimə?" O yenə cavab verdi: "Anana". Kişi bir daha soruşdu: "Bəs daha sonra kimə?" Peyğəmbər (s.ə.s) Bu dəfə dedi: "Atana"» «əl-Buxari, 5971»
• Abdullah bin Amrdan (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: «Kişinin valideynlərini lənətləməsi (söyməsi) böyük günahlardandır" -Səhabələr: "Ey Allahın elçisi! Kişi valideynlərini lənətləyərmi?" - deyə soruşduqda, o dedi: "Birinin ata-anasını söyür, o da qayıdıb onun ata-anasını söyür"» «əl-Buxari, 5973»
• Əbu Hüreyrə (r.a) belə rəvayət edir: «Mən müşrik olan anamı İslama dəvət edirdim. Bir gün yenə onu dəvət etdikdə, Peyğəmbər (s.ə.s) haqqında nalayiq sözlər dedi. Mən ağlaya-ağlaya Peyğəmbərin (s.ə.s) yanına gəlib, dedim: "Ey Allahın elçisi! Mən anamı islama dəvət edirdim, o bunu inkar edib, sənin haqqında nalayiq sözlər dedi. Allaha dua et, Əbu Hüreyrənin anasına hidayət versin! Peyğəmbər (s.ə.s) dedi: "Allahım, Əbu Hüreyrənin anasına hidayət ver!" Mən Peyğəmbərin (s.ə.s) duasından sonra sevincək evə getdim. Qapıya çatdıqda anam ayaq səslərimi eşitdi və mənə yerimdə durmağı əmr etdi. Sonra çimib (qüsl edib) paltarını geyindi, qapını açıb mənə dedi: "Əbu Hüreyrə! Şəhadət verirəm ki, Allahdan başqa (ibadət haqqı olan) məbud yoxdur və Məhəmməd Onun qulu və elçisidir". Mən sevincimdən ağlaya-ağlaya Peyğəmbərin (s.ə.s) yanına gəlib ona dedim: "Ey Allahın elçisi! Gözün aydın! Allah sənin duanı qəbul etdi və Əbu Hüreyrənin anasına hidayət verdi» «Müslim, 6346»
Birlik bərabərlik və qardaşlıq haqqında seçmə hədislər
• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “İman etmədikcə cənnətə girə bilməzsiniz. Bir birinizi sevmədikcə də iman etmiş olmazsınız.” (Səhihi-Müslim, İman Kitabı, Hədis: 93)
• Numan ibn Bəşir (r.a.) Hz. Peyğəmbərdən (s.ə.s) rəvayət etmişdir: “Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət etməkdə və lütf etməkdəki misalı, bədən misalıdır. O bədəndə bir üzv xəstələnsə bədənin digər üzvləri bir-birlərini, xəstə üzvünün acısına, yuxusuzluq və atəşlə iştirak etməyə çağırırlar.” (Səhihi-Müslim, Birr və Sıla Kitabı, Hədis: 2586 (Səhih-Buxari, Səlat Kitabı, 88; Səhih Müslim, Birr Kitabı, Hədis: 65 (2585))
• Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Hər kim bir müsəlman qardaşının dünya sıxıntılarından bir sıxıntısına kömək edərsə o, qardaşına kömək etdiyi müddətdə Allah Təala da ona yardım edər.”
• Əbu Musa (r.a.) Hz. Peyğəmbərdən (s.ə.s) rəvayət edir: “Mömin möminə qarşı kərpicləri bir-birinə keçərək hörülən bina kimidir.”
• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Müsəlman müsəlmanın qardaşıdır, ona xəyanət etməz, ona yalan söyləməz və onu sahibsiz tərk etməz. Müsəlmanın hər şeyi; namusu, malı və qanı müsəlmana haramdır... Müsəlmanın qardaşına qəliz söz söyləməsi, bir şəxsə pislik olaraq kifayətdir.” (Sünəni-Tirmizi, Birr və Sıla Babı, Hədis: 1992)
• Əbq Əyyub əl-Ənsaridən (ra) gələn bir rəvayətdə Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Bir müsəlmanın, (din) qardaşına üç gündən çox küsülü durması halal olmaz.” (Səhihi-Müslim, Kitabul-birr vəs-sila, Hədis № 25)
• Əbu Musa (r.a.) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) belə demişdir: «Yaхşı dostla pis dost misalı ətir satanla, körük vuranın misalına bənzəyir. Ətir satanla ünsiyyətdə olduqda ondan ətir almasan belə ətrin iyindən ləzzət alacaqsan, körük vuranla bərabər olduqda isə paltarını yandırmasan da tüstüsündən əziyyət çəkəcəksən» «Buхarinin səhih əsəri, 2101» «Muslimin səhih əsəri, 6635»
• Abdullah bin Amr (r.a) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) dedi: «Müsəlman o kəsdir ki, (onun) əlindən və dilindən başqa müsəlmanlar əziyyət çəkmir» «əl Buxari, 10-cu hədis»
Sədəqə və borc vermə haqqında seçmə hədislər
• İbn Ömər, Hz. Peyğəmbərdən (s.ə.s) rəvayət etmişdir: “Hər kim din qardaşının bir ehtiyacını görərsə, Allah Təala da ona kömək edər. Kim bir müsəlmandan bir sıxıntını uzaqlaşdırarsa, Allah Təala da qiyamət günü olan sıxıntılardan bir sıxıntını uzaqlaşdırar. Hər kim bir müsəlmanı(n ayıbını) örtərsə, Allah Təala da qiyamət günü onun (ayıbını) örtər.” (Səhihi-Müslim, Birr və Sıla Kitabı, 58)
• Əbu Hüreyrədən (r.a.) rəvayət edilmişdir. Rəsulallahın (s.ə.s) yanına bir adam gəldi və ya Rəsulallah! Savab yönündən hansı sədəqə daha böyükdür? deyə soruşdu. Hz. Peyğəmbər (s.ə.s) belə buyurdu: “Savabı böyük olan sədəqə sənin sağlam və paxıl olduğun, fağırlıqdan qorxub, zənginliyi umduğun halda verdiyin bir sədəqədir. Can boğaza gələndə də bu mal buna, bu mal da buna aiddir; bu da bunun oldu deyənə qədər sədəqəni gecikdirmə.” (Səhihi-Müslim, c.IV. səh. 1994)
• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Sədəqə malı əskiltməz. Allah Təala günah bağışlayanın ancaq şərəfini artırar. Allah rizası üçün təvazökar olanları yüksəldər” (Səhihi-Müslim, Birr Kitabı, 19)
• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Comərd mömin Allah Təalaya yaxındır, cənnətə yaxındır, insanlara yaxındır, cəhənnəmdən uzaqdır. Paxıl isə Allah Təaladan uzaq, insanlardan uzaq, cəhənnəmə yaxındır.” (Sünəni-Tirmizi, Babül-Birr, 40)
Fitnə və fəsad haqqında seçmə hədislər
• Əbu Hüreyrə (r.a.), Hz. Peyğəmbərdən (s.ə.s) rəvayət etmişdir: “İnsanların ən şərlisi, bəzilərinə bir üzlə, bəzilərinə də başqa üzlə gələn iki üzlülərdir.” (Səhihi-Müslim, Birr və Sıla və Ədəb Kitabı, 98)
• Hz. Ayişə Hz. Peyğəmbərdən (s.ə.s) belə rəvayət etmişdir: “Qiyamət günü Allah Təalanın dərgahında dərəcə yönündən insanların ən pisi, şərindən uzaqlaşmaq üçün insanların tərk etdiyi kimsələrdir.” (Səhihi-Buxari, Ədəb Kitabı, 37)
• Əbu Bəkir (r.a.) Hz. Peyğəmbərdən (s.ə.s) rəvayət etmişdir: “İki müsəlmandan hər biri din qardaşına silahla hücum edərsə hər ikisi də cəhənnəmin kənarında olar. Onlardan biri digərini öldürdüyü zaman hər ikisi birdən cəhənnəmə girərlər.” (Səhihi-Müslim, Fitnələr Kitabı, 16)
• Abdullah ibn Amr (r.a.) Hz. Peyğəmbərdən (s.ə.s) rəvayət etmişdir: “Dörd şey vardır ki, kimdə olarsa o, xalis münafiq olar: kimdə bunlardan bir parça olarsa, onu tərk edənə qədər özündə münafiqlikdən bir parça qalmış deməkdir. Bu dörd şey bunlardır: Ona etibar edildiyində xəyanət edər; bir şey söylədiyi zaman yalan söyləyər, əhd etdiyi zaman sözündə durmaz, düşmənçilik etdiyi zaman da haqdan ayrılır.” (Səhihi-Buxari, İman Kitabı, 24)
Qohum əqrəba haqqında seçmə hədislər
• Ənəs ibn Malik (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Ruzisinin çoxaldılmasını istəyən kəs yaxınlarını ziyarət etsin.” (Müslim, Birr və Sila Kitabı, Hədis: 21 (255
Müsəlman əqidəsi
1. Allah bizi nə üçün yaradıb?
Allah bizi yaradıb ki, yalnız Ona ibadət edək və heç bir şeyi Ona şərik qoşmayaq.
"Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!" (əz-Zariyat, 56)
"Allahın bəndələri üzərində olan haqqı Ona ibadət edib heç bir şeyi Ona şərik qoşmamaqdır".(əl-Buxari və Muslim)
2. Allaha necə ibadət etməliyik?
Allaha ixlasla, onun və Peyğəmbərinin(s.ə.s) buyurduğu kimi ibadət etməliyik.
"Halbuki Onlara əmr edilmişdi ki, Allaha ixlasla, dini yalnız Ona aid edərək, ibadət etsinlər"(əl-Beyyinə, 5)
"Bizim işimizə (dinimizə) müvafiq olmayan bir əməl edən kimsənin etdiyi əməl rədd olunur". (Muslim)
3. Məgər Allaha qorxu və istəklə ibadət etməliyik?
Bəli, biz Allaha qorxu və istəklə ibadət etməliyik.
"Allaha həm qorxu, həm də istəklə dua (ibadət) edin" (yəni, Cəhənnəm əzabından qorxaraq və Cənnət nemətlərini istəyərək) (əl-əraf, 56)
"Mən Allahdan Cənnət istəyirəm və atəşdən (Cəhənnəm əzabından) Ona pənah aparıram.(Əbu davud – "səhih"dir)
4. İbadətdə ehsan nə deməkdir?
Bu, Allahın bizi daim gördüyünü etiqad etmək deməkdir.
"Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir" (ən-Nisa, 1) "O Allah ki səni namaza duranda da görür" (əş-Suara, 218)
"Allaha elə ibadət et ki, sanki sən Onu görürsən, sən Onu görməsəndə O səni görür.(Muslim)
5. Allah nə üçün peyğəmbərlər (a.s) göndərmişdir?
Allah peyğəmbərləri (a.s) ona görə göndərib ki, insanları Ona ibdadət etməyə və heç bir şeyi Ona şərik qoşmamağa dəvət etsinlər.
"Biz hər ümmətə: "Allaha ibadət edin, Tağutdan çəkinin!" – deyə peyğəmbər göndərmişdik. (ən-Nəhl, 36)
"Peyğəmbərlər başqa-başqa qadınlardan olan qardaşlardır! Anaları ayrı, dinləri isə vahiddir. (yəni, hər bir peyğəmbər tövhidə (Tək Allahlığa) dəvət etmişdir)".(Muslim)
6. Üluhiyyə tövhidi nədir?
Bu, dua, nəzir, qurban və s. ibadətləri yalnız Allah üçün etməkdir.
"Bil ki, Allahdan başqa heç bir tanrı yoxdur..."(Muhəmməd, 19)
"Qoy sənin onları dəvət edəcəyin ilk şey – Allahdan başqa heç bir ilahın olmamasına şəhadət gətirmək olsun!" (əl-Buxari və Muslim)
7. "Lə ilahə illəllah"ın mənası nədir?
Mənasi: "Alahdan başqa həqiqi (ibadətə layiq olan) məbud yoxdur".
"Bu (deyilənlər) ona görədir ki, Allah haqq, (müşriklərin) Ondan qeyri ibadət etdikləri isə batildir..."(Loğman, 30)
"Lə ilahə illəllah deyən və Allahdan qeyri ibadət olunanları inkar edən hər kimsənin malı da, qanı da haramdır.(yəni, malını mənimsəmək və qanını axıtmaq)".(Muslim)
8. "Allahın sifətlərində tövhid" nə deməkdir?
Allahın ad və sifətlərini Quranda və Peyğəmbərin (s.ə.s) hədislərində vəsf olunduğu kimi təsdiq etməkdir.
Ona bənzər heç bir şey yoxdur. O (hər şeyi) eşidəndir, (hər şeyi) görəndir" (əş-Şura, 11)
"Sizin uca Rəbbiniz hər gecə (Özünə layiq keyfiyyətdə) dünya səmasına nazil olur". (Muslim)
9. Tövhidin müsəlmana olan səmərəsi nədir?
Hər bir müsəlman tövhidi qəbul etməklə dünyada haqq yola yönəlir, axirətdə isə əmin-amanlıqda olur.
"İman gətirib imanlarını zülmlə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!" (əl-Ənam, 82)
"Bəndələrin Allah üzərində olan haqqı Ona şərik qoşmayana əzab verməməsidir". (əl-Buxari və Muslim)
10. Allah haradadır?
Allah ərşin üzərindədir.
"Rəhman ərşin üzərinə istiva etdi! (yəni, ucaldı və yüksəldi)". (Taha, 5)
"Allah bir yazı yazdı: "Həqiqətən, Mənim rəhmətim qəzəbimi qabaqladı". Bu da Onun dərgahında, ərşin üzərində (olan lövhi-məhfuzda) yazılmışdır".(əl-Buxari)
11. Allah zatı ilə bizimlədir yoxsa elmi bizimlədir?
Şübhəsiz ki, Allahın elmi bizimlədir. O hər şeyi görür və eşidir.
"(Allah) buyurdu: "Qorxmayın, Mən də sizinləyəm, (hər şeyi) eşidirəm və görürəm! (Taha, 46)
"Doğrusu siz (hər şeyi) eşidəni, (sizə) yaxın olanı çağırırsınız! O da sizinlədir.(yəni, sizi görür və eşidir)". (əl-Buxari və Muslim)
12. Ən böyük şirkin zərəri nədir?
Ən böyük şirk əbədi Cəhənnəmdə qalmağa səbəb yaradır.
"...Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir...(əl-Maidə, 72)
"Allaha şərik qoşub ölən şəxs Cəhənnəmə daxil olar". (Muslim)
13. İnsan şirk edə-edə digər yaxşı əməlləri ona fayda verə bilərmi?
Xeyr, şirk ola-ola yaxşı əməl öz sahibinə heç cür fayda verə bilməz.
"Əgər onlar (Allaha) şərik qoşsaydılar, etdikləri əməllər puça çıxardı!" (əl-Ənam, 88)
"Hər kimsə etdiyi əməldə qeyrisini Mənə şərik qoşarsa, Mən onu da, şərik qoşduğunu da tərk edərəm". (Muslim)
14. Müsəlmanlar arasında şirk mövcuddurmu?
Bəli, təəssüflər olsun ki, mövcuddur, özü də çox.
"Onların əksəriyyəti ancaq şərik qoşaraq Allaha inanarlar" (Yusif, 106)
"Ümmətimdən olan qəbilələr müşrikləri və bütpərəstləri haxlamayınca (onların əqidəsini qəbul etməyincə) qiyamət qopmaz".(ət-Tirmizi – "səhih"dir)
15. Allahdan qeyrisinə dua etməyin hökmü nədir?
Allahdan qeyrisinə edilən dua, sahibini Cəhənnəmə varid edən şirkdir.
"Elə isə çəkin, Allahla yanaşı başqa bir tanrıya dua (ibadət) etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan!" (əş-Suara, 213)
"Allahdan qeyrisinə dua (ibadət) edib ölən şəxs Cəhənnəmə daxil olar".(əl-Buxari)
16. Məgər dua uca Allah üçün edilən ibadətdir?
Bəli, dua uca Allah üçün edilən ibadətdir.
"Rəbbiniz buyurdu: "Mənə dua edin, mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi təkəbbürlüklərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!" (Ğafir, yaxud əl-Mumin 60)
"Dua ibadətdir". (ət-Tirmizi – "səhih"dir)
17. Ölülər duanı eşidirlərmi?
Xeyr, ölülər duanı eşitmirlər!
"Şübhəsiz ki, sən nə ölülərə, nə də dönüb gedən karlara çağırışı eşitdirə bilərsən!" (ən-Nəml, 80) "Sən isə qəbirlərdə olanlara eşitdirən deyilsən" (Fatir, 22)
"Həqiqətən, Allahın yer üzünü səyahət edən mələkləri vardır ki, onlar ümmətimin salamını mənə çatdırırlar". (ən-Nəsai – "səhih"dir)
18. Ölüdən və ya qeybdə olandan kömək diləyə bilərikmi?
Xeyr, nə ölüdən, nə də qeybdə olandan kömək diləmək olar! Əksinə, biz yalnız Allahdan kömək diləməliyik.
"O zaman siz Rəbbinizdən kömək diləyirdiniz. O da sizə cavab verdi (duanızı qəbul etdi)". (əl-ənfal, 9)
"Peyğəmbərə (s.ə.s) bir narahatlıq və ya bir müsibət üz verdikdə deyərdi: "Ey əbədi, ey əzəli (olan Allah)! Sənin rəhmətinə Səndən kömək diləyirəm". (əl-Hakim – "həsən"dir)
19. Allahdan qeyrisinə and içmək olarmı?
Xeyr, Allahdan qeyrisinə and içmək olmaz.
"De: "Rəbbimə and olsun ki, siz mütləq diriləcəksiniz". (ət-Təğabun, 7)
"Kim Allahdan qeyrisinə and içərsə artıq şirk etmiş olar".(Əhməd "səhih"dir)
20. Həmayil (göz muncuğu və s.) və tilsimlər asmaq olarmı?
Onları asmaq olmaz, çünki bunu etmək şirkdir.
"Əgər Allah sənə bir sıxıntı versə, (səni ondan) Allahdan başqa heç kəs qurtara bilməz. Əgər Allah sənə bir xeyir yetirsə, (heç kəs Ona mane ola bilməz). Çünki O, hər şeyə qadirdir!" (əl-Ənam, 17)
"Kim (gözdəymədən və s. Qorunmaq üçün) tilsim asarsa artıq şirk etmiş olar". (Əhməd – "səhih"dir)
21. Uca Allaha nə ilə təvəssül etməliyik?
Allaha saleh əməllərlə, Onun ad və sifətləri ilə təvəssül etməliyik.
"Ən gözəl adlar Allahındır! Onu bu adlarla çağırıb dua edin" (əl-Əraf, 180)
"Sənin Özünə verdiyin, Sənə məxsus hər bir adla Səndən istəyirəm!" (Əhməd – "səhid"dir)
22. Dua etdikdə yaradılanların vasitəçiliyinə ehtiyac olurmu?
Xeyr, dua etdikdə yaradılanların vasitəçiliyinə ehtiyac olmur.
"(Ya Muhəmməd!) Bəndələrim Məni səndən soruşsalar, Mən onlara yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm". (əl-Bəqərə, 186)
"Doğrusu siz (hər şeyi) eşidəni, yaxın olanı çağırırsınız! O da sizinlədir". (yəni, sizi görür və eşidir.) (əl-Buxari və Muslim)
23. Peyğəmbərin (s.ə.s) vasitəçiliyi nədir?
Peyğəmbərin (s.ə.s) vasitəçiliyi Allahın ona nazil etdiyini təbliğ etməkdir.
"Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə endirilmiş olanı təbliğ et" (əl-Maidə, 67)
Peyğəmbərin (s.ə.s) səhabələri: "Biz şəhadət gətiririk ki, artıq sən təbliğ etdin, yerinə yetirdin və nəsihət etdin!" söylədikdə o demişdir: "Allahım şahid ol!" (Muslim)
24. Peyğəmbərin (s.ə.s) şəfaətini kimdən istəməliyik?
Biz Peyğəmbərin (s.ə.s) şəfaətini yalnız Allahdan istəməliyik.
"De ki: "Şəfaət bütünlüklə Allaha məxsusdur". (əz-Zumər, 44)
"Allahım, onu mənə şəfaətçi et!". (yəni, Peyğəmbəri (s.ə.s)) (ət-Tirmizi – "həsən"dir)
25. Alahı və onun Rəsulunu (s.ə.s) necə sevməliyik?
Məhəbbət itaət etməklə və buyuruqları yerinə yetirməklə həqiqi məhəbbət hesab olunur.
"(Ya Muhəmməd) De ki: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın". (Ali-İmran, 31)
"Sizdən biriniz məni valideynindən, övladından və bütün insanlardan çox sevməyincə iman gətirmiş olmaz". (Muslim)
26. Peyğəmbəri (s.ə.s) mədh etdikdə mübaliğə edə (həddi keçə) bilərikmi?
Peyğəmbəri (s.e.s) mədh etdikdə mübaliğə etmək olmaz.
"De ki: "Mən də sizin kimi bir insanam.Mənə vəhy olunur ki, sizin ilahınız tək olan Allahdır". (əl-Kəhf, 110)
"Nəsranilər Məryəm oğlunu (mədh edib) mübaliğə etdiyi kimi, siz də məni (mədh edib) mübaliğə etməyin! Mən ancaq bir qulam. Odur ki, deyin: "Allahın qulu və elçisidir!" (əl-Buxari)
27. İlk yaradılan məxluq kimdir?
İnsanlardan Adəm (a.s), əşyalardan isə qələm ilk yaradılmış məxluqdur.
"O zaman sənin Rəbbin mələklərə belə demişdir: "Mən palçıqdan bir insan (Adəmi) yaradacağam!" (Sad, 71)
"Həqiqətən, Allahın yaratdığı ilk məxluq qələmdir". (Əbu Davud, ət-Tirmizi – "həsən"dir)
28. Muhəmməd (s.ə.s) nədən xəlq edilib?
Allah Muhəmmədi (s.ə.s) nütfədən xəlq etmişdir.
"Sizi (atanız Adəmi) torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan Odur!" (Ğafir, yaxud Mumin 67)
"Həqiqətən sizlərdən hər biri anasının bətnində xəlq olunarkən (hamiləliyin ilk) qırx günündə nütfə halında olur,...".(əl-Buxari və Muslim)
29. Möminlər üçün dostluq nə deməkdir?
Bu, tək Allaha ibadət edən möminləri sevmək, onlara köməklik göstərmək deməkdir.
"Mömin kişilər və mömin qadınlar bir-birinə dostdurlar!" (ət-Tövbə, 71)
Peyğəmbər (s.ə.s): "Həqiqətən, möminin möminə bağlılığı, daşları bir-birinə keçmiş binaya bənzəyir!" – deyib barmaqlarını çarpazlaşdırdı.(Muslim)
30. Kafirləri sevmək, onlara kömək etmək olarmı?
Xeyr! Kafirləri sevmək, onlara kömək etmək olmaz.
"Sizdən kim onlarla (kafirlərlə) dostluq edərsə, o da onlardandır". (əl-Maidə, 51)
"Sübhəsiz ki, Əbu filankəsin ailəsi (kafir olduqlarına görə) mənim dostlarım deyillər".(əl-Buxari və Muslim)
31. Kimdir həqiqi vəli (dost)?
Həqiqi vəli yalnız Allahdan qorxan möminlərdir.
"Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. O kəslər ki, iman gətirmiş və Allahdan qorxmuşlar".(Yunus, 62,63)
"Mənim dostum ancaq Allah və saleh möminlərdir". (əl-Buxari və Muslim)
32. Allah Quranı nə üçün nazil edib?
Allah Quranı nazil edib ki, onu oxuyub əməl edək. (Şübhəsiz ki, onu büküb harasa qoymaq, yaxud asmaq heç bir fayda verməz.)
"Rəbbinizdən sizə nazil edilən Qurana tabe olun. Allahı qoyub başqa havadarlara uymayın. Siz öyüd-nəsihətə olduqca az qulaq asırsınız!" (əl-Əraf, 3)
"Quran oxuyun və ona əməl edin, onu atıb getməyin və onda mübaliğə etməyin, onu qazanc mənbəyinə çevirməyin və onu mənimsəməyin!" (Əhməd – "səhih"dir)
33. Hədislərsiz, yalnız Quranla kifayətlənə bilərikmi?
Yalnız Quranla kifayətlənmək Allahın qoyduğu şəriətə, Peyğəmbərin (s.ə.s) və onun ardıcıllarının tutduğu yola ziddir.
"Sənə də Zikri (Quranı) nazil etdik ki, insanlara onlara nazil ediləni izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr!" (ən-Nəhl, 44)
"Doğrusu mənə Quranla birlikdə onun mislində olan (Sünnə) verildi!".(Əhməd – "səhih"dir)
34. Hər hansı bir sözü Allahın və Onun Rəsulunun sözündən önə keçirə bilərikmi?
Heç bir sözü onların sözündən üstün hesab etmək olmaz.
"Ey iman gətirənlər! (Sözləriniz və hərəkətlərinizlə) Allahın və Peyğəmbərinin qabağına keçməyin. Allahdan qorxun".(əl-Hucurat, 1)
"Allaha asi olaraq (kiməsə) itaət etmək olmaz! Yalnız (asilik olmayan) yaxşı işlərdə itaət etmək olar!". (Əbu Davud – "səhih"dir)
35. Aramızda mübahisə düşsə nə etməliyik?
Mübahisə düşəndə Qurani Kərimə və səhih sünnəyə dönmək vacibdir.
"Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin!" (ən-Sisa, 59)
"Sizə iki şeyi tərk edirəm ki, onlardan yapışsanız heç vaxt zəlalətə düşməzsiniz! Bu, Allahın kitabı və peyğəmbərin sünnəsidir". (Malik – "səhih"dir)
36. Dində olan "bidət" nədir?
Şəriətdə (Quran və Sünnədə) dəlili olmayan hər bir şey bidətdir.
"Yoxsa müşriklərin Allahın dində izn vermədiyi bir şeyi onlar üçün qanuni (halal) edən şərikləri vardır".(əş-Şura, 21)
"Bizim işimizə (dinimizə) ondan olmayan bir yenilik gətirənin gətirdiyi rədd edilir".(Qəbul olunmur) (əl-Buxari və Muslim)
37. Dində gözəl "bidət" varmı?
Xeyr! Dində gözəl "bidət" yoxdur.
"Bu gün dininizi tamamlayıb mükəmməl etdim, sizə olan nemətimi başa çatdırdım və bir din kimi sizin üçün İslamı bəyənib seçdim".(əl-Maidə, 3)
"Sizə (dinə əlavə edilən) yeniliklərdən çəkinməyi əmr edirəm! Həqiqətən, hər bir yenilik bidətdir və hər bir bidət də zəlalətdir". (Əbu Davud – "səhih"dir)
38. İslamda gözəl "sünnə" varmı?
Bəli, islamda gözəl "sünnə" var. Xeyirxah işlərdə nümunə olmaq kimi.
"Və o kəslər ki: "Ey Rəbbimiz bizə zövcələrimizdən və uşaqlarımızdan gözümüzün işığı olacaq övladlar bəxş et və bizi müttəqilərə imam et!" (yəni, xeyirxah işlərdə nümunə et!) deyərlər". (əl-Furqan, 74)
"Kim islamda (unudulmuş) gözəl bir sünnəni bərpa edərsə, ona həm öz əməlinin, həm də ondan sonra həmin sünnəyə əməl edənin savabı qədər savab yazılar". (Muslim)
39. İnsan öz nəfsini islah etməklə kifayətlənə bilərmi?
İnsan həm öz nəfsini, həm də yaxınlarını islah etməlidir.
"Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlardır".(ət-Təhrim, 6)
"Hər biriniz hamidir və hər biriniz də himayəsində olanlar barədə sorğu-sual ediləcəkdir. Rəhbər öz rəiyyəti barədə sorğu-sual ediləcək..." (ət-Tirmizi)
40. Müsəlmanlar nə zaman qələbə çalacaqlar?
Müsəlmanlar yalnız Allahın kitabına və Peyğəmbərinin (s.ə.s) sünnəsinə əməl etdikdə qələbə çalacaqlar.
"Ey iman gətirənlər! Əgər siz Allaha (Allahın və Peyğəmbərinin dininə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm edər". (Muhəmməd, 7)
"Qiyamətə qədər ümmətimdən qələbə çalan bir tayfa olacaq". (İbn Macə - "səhih"dir)
Allah bizi eşidib faydalananlardan etsin Amin!
Namazı necə qılmalı ?

Namazı necə qılmalı
Əziz müsəlman! Namaz qılmaq hər bir müsəlmana vacibdir. Gündəlik 5 vaxt namaz 24 saatdan cəmi 24 dəqiqə vaxt aparır.
Allah Qur'anda insanlara əmr edir:
"Namaz qılın..." (Qur'ani-kərim, əl-Bəqərə/110)
"... Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar, cəhənnəmə zəlil olaraq girəcəklər!" (əl-Mu`minun /60)
Namaz insanı pis əməllərdən çəkindirir
"Həqiqətən namaz çirkin və pis əməllərdən çəkindirir." (əl-Ənkəbut/45)
Hər müsəlman gündə beş vaxt namaz qılmalıdır
Sübh (2 rükət) - "...sübh namazını da qıl!". (əl-İsra surəsi, 78)
Zöhr (4 rükət) - "Günortadan [gün batmağa meyl edəndən] ... namaz qıl!". (əl-İsra/78)
Əsr (4 rükət) - "...xüsusi iıə orta namaza riayət edin!". (əl-Bəqərə/238)
Məğrib (3 rükət) - "Günortadan [gün batmaga meyl edəndən] gecənin qaranlığınadək [lazımınca] namaz [zöhr, asr, məğrib və işa] qıl!". (əl-İsra/78)
İ'şa (4 rükət) - "Gecənin qaranlğınadək [lazımınca] namaz [zöhr, asr, məğrib və isa namazları] qıl!". (əl-İsra/78)
Yuxarıdakılara əlavə dəlil: "[Ya Məhəmməd!] Namazı gündüzün iki başında [günortadan əvvəl və sonra: yə'ni səhər, günorta və günbatan çağı və ya günün iki başında: yəni səhər-axşam] və gecənin [gündüzə yaxın] bə'zi saatlarında [axşam və gecə vaxtı] qıl!". (Hud/114)
Qeyd edək ki, beş vaxt namazın adlarının tərcüməsi günün ayrı-ayrı vaxtlarının mənasını verir ki, bu da namazların 5 müxtəlif vaxtda təyin olunmasına dəlalət edir.
Unutmaq olmaz ki, hər namaz vaxtinda qılınmalıdır.
Allah Təalə Qur'ani-kərimdə buyurur:
"Həqiqətən namaz nöminlərə müəyyən vaxtlarda fərz (vacib) edilmişdir". (ən-Nisa/103)
"Allah sizin bunu [gecə vaxtlarını və saatlarını] ölçüb saya bilməyəcəyinizi [yaxud, bütün gecəni oyaq qalıb, ibadət edə bilməyəcəyinizi] bildiyi üçün, bu barəda sizə rüsxət verdi [gecə durub namaz qılmağı siz möminlərə vacib etmədi, onun yerinə gundə 5 vaxt namaz qılmağı buyurdu]". (əl-Müzəmmil/20)
Hər bir müsəlmana Cümə namazına getmək vacibdir
(qadınlar və uşaqlar müstəsnadır)
"Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman, Allahı zikr etməyə tələsin və alış-verişinizi buraxın. Bilsəniz bu sizin üçün nə qədər xeyrlidir!". (əl-Çümüə/9)
----------------------------------------------------------------------------------------
![]() Təkbir | Təkbir: | Allahu Əkbər! | ![]() | |||
| Qiyamda: |
| |||||
![]() Qiyam | Bismilləhir-Rəhmənir-Rahim! Əlhəmdu lilləhi Rabbil aləmin Ər-Rahmənir-Rahim, Məliki yəumiddin İyyəkə nə budu və iyyəkə nəstəin İhdinəs-sıratal mustəqim Sıratal-ləzinə ən'amtə aleyhim Ğeyril məğdubi aleyhim vələd'da~lin! Əmin! | |||||
![]() Ruku |
| |||||
| Təkbir: | Allahu Əkbər! | |||||
| Rükuda: | Subhanə Rəbbiyəl Azım (1və ya 3 dəfə) | |||||
| Rükudan qalxanda: | Səmi Allahu |






